SON XƏBƏRLƏR

XİN İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib

2023.08.14, 14:17
XİN İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib. Bu barədə XİN-in Tvitter səhifəsində bildirilib.

Gunaz.tv

“İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayırıq.

Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını, təzahürlərini pisləyir.

Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”-  deyə, qeyd olunub.

Xatırladaq ki, avqustun 13-də İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub.

Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.  Nəticədə,  4 təhlükəsizlik əməkdaşı öldürülüb, azı 8 nəfər xəsarət alıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar