SON XƏBƏRLƏR

İran prezidentinin köməkçisi “İffət və Hicab” Qanun Layihəsini tənqid edib

2023.08.14, 15:43
İran prezidentinin köməkçisi “İffət və Hicab” Qanun Layihəsini tənqid edib

İran prezidenti İbrahim Rəisinin Sosial Hüquq və Azadlıqlar Sahəsi üzrə köməkçisi Səkinə Səadət Pad “İffət və Hicab” Qanun Layihəsini tənqid edib.

Gunaz.tv

Qeyd edək ki, 70 maddədən ibarət “İffət və Hicab” Qanun Layihəsi İranın İslami Şura Məclisinin Məhkəmə və Mədəniyyət Komissiyası tərəfindən hazırlanıb. 

“Layihənin bir çox yerlərində cəzanın cinayətə uyğun olmasına və şəxsin özünün məsuliyyət daşımasına riayət olunmayıb. Misal üçün,  hicabsız qadının maşına minməsinə şərait yaradan taksi sürücüsünə cəza təyin edilib. 

Qanun layihəsinə Məclisin açıq iclaslarında baxılmasını və bununla da xalqın birbaşa dinləməsini təklif edirəm. Layihə eyni keyfiyyətdə təsdiq olunarsa, bu barədə problem həll edilməyəcək”-deyə Səadət Pad vurğulayıb. 

Qeyd edək ki, İranın dini rejimini sarsıda bilən və onurğa sütunu hesab olan ən birinci məsələ hicabdır. 

Ona görə də bir neçə ildir başlayan, aktiv olaraqsa  1 ilə yaxın müddətdə   məcburi hicaba qarşı genişmiqyaslı etirazlar İranin şovinist-dini hakimiyyətini çıxılmaz vəziyyətə salıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar