SON XƏBƏRLƏR

İranda 260-dan artıq şəhər su qıtlığı ilə üzləşib

2023.08.15, 11:20
İranda 260-dan artıq şəhər su qıtlığı ilə üzləşib

“Hal hazırda daha çox su problemi olan şəhərləri də nəzərə alsaq, ümumilikdə, respublikanın 269 şəhəri su qıtlığı yaşayır”. Bunu İranın Su Sənayesinin sözçüsü Haşım Əmini bildirib.

Gunaz.tv

“Məşhədin Dostluq Bəndi qurumaq ərəfəsindədir. Təbrizin Nəhənd bəndi də tamamilə quruyaraq sıradan çıxıb. Habelə Zəncanın, Təbəsin qrunt suları və Sistan-Bəluçistan Əyalətində “Çahnimə”-lər də quruma təhlükəsi ilə üzləşib.”-deyə Əmini açıqlayıb. 

Qeyd edək ki, yarımquyu anlamında olan “Çahnimə” əyalətdə 4 iri və doğal çuxurluqlara deyilir. Onların suyu isə Hirmənd çayının artıq suyunun bir kanal vasitəsi ilə yönəldilərək təmin olunur.

Mütəxəssislərin fikrincə, İranda su qıtlığının əsas səbəbi ilin yağıntısız və quraq keçdiyi olsa da,  su böhranında  yaramaz idarəçiliyin rolu da  böyükdür.  

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar