SON XƏBƏRLƏR

Şuşa şəhərində daha bir kütləvi məzarlıq aşkarlanıb

2023.08.15, 15:13
Şuşa şəhərində daha bir kütləvi məzarlıq aşkarlanıb

Şuşa şəhərində daha bir kütləvi məzarlıq aşkarlanıb. “İşgəncələr nəticəsində vəfat edən azərbaycanlı əsir və girovlar Şuşa həbsxanasının ərazisindəki çirkab sularının yığıldığı quyuya atılıblar”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Gunaz.tv

O bildirib ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb:

“Həmin sümük qalıqları insan skeletinin müxtəlif frqamentləridir. İnsan qalıqlarının aşkarlandığı məzarlıq Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün nəzərdə tutulan  quyu olub. İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə həmin quyuya atılıb”.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidə olublar. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar