Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində Azərbaycan Ordusunun bölmələrinin guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətinə atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.