SON XƏBƏRLƏR

Xarici jurnalistlər Laçına səfər ediblər

2023.08.16, 10:18
Xarici jurnalistlər Laçına səfər ediblər

Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.

Gunaz.tv

Xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının müşayiətilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır.

Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu sübut edir.

Qonaqlar həmçinin, Laçın şəhərində olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı da ətraflı məlumat verilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar