SON XƏBƏRLƏR

Almaniynın Yaşıl Partiyası İrana bağlı islami mərkəzlərin bağlanmasını istəyib

2023.08.16, 11:52
Almaniynın Yaşıl Partiyası İrana bağlı islami mərkəzlərin bağlanmasını istəyib

“Frankfurtda yerləşən islami mərkəz İran hökumətini tənqid edənləri hədələyir. İran rejiminin propaqanda qurumu kimi hərəkət edir.” Bunu Almaniyanın Yaşıl Partiyasının sədri Ümid Nuripur deyib.

Gunaz.tv

“Həmin mərkəzin Hamburqda yeləşən digər islami mərkəzlə sıx əlaqələri var. Bu iki mərkəz ölkə demokratiyasına potensial hədədir. Ona görə də yubanmadan bağlanmalıdırlar.” -deyə Nuri X (keçmiş Tvitter) hesabında yazıb. 

“Frnakfurtda yerləşən islami mərkəzin İran  rejimi ilə əlaqəsi  sübut olunarsa,  belə bir qurum Almaniyada heç bir siyasi və dini fəaliyyət göstərməməlidir.  Lakin onlar İranın despot rejimindən rəsmən özlərinə bəraət qazandıra bilsələr və rejmin müxaliflərə qarşı hərəkətlərini qınasalar,  bu halda fəaliyyətlərinə davam edə bilərlər.”-deyə Frankrut şəhərinin Əyalət Parlamentinin deputatı Yurqut Yüksəl bildirib. 

Almaniyanın Hessen Əyalətinin Konstitusiyanı Qoruma Ofisi bildirir ki, Frankfurtda yerləşən islami mərkəz 2020-ci ildə Qasım Süleymanın anım mərasimini və Xomeyni ilə əlaqədar ildönümlərini keçirməklə İranın siyasəti ilə  eyni yöndə hərəkət etdiyini göstərir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar