SON XƏBƏRLƏR

Amerika İrandan Rusiyaya PUA satmamağı tələb edib

2023.08.16, 12:31
Amerika İrandan Rusiyaya PUA satmamağı tələb edib

Finansial Taymz qəzetinin məlumatına əsasən, Amerika İranla genişmiqyaslı, lakin yazılı olmayan anlaşma hüdudlarında İrandan Rusiyaya PUA satmamağı tələb edib.

Gunaz.tv

Qəzet iranlı bir rəsmiyə və digər qaynağa istinad edərək bildirib ki, Vaşinqton İranın PUA-ları  və bu silahların hissələrini Moskvaya göndərməmək üçün Tehrana təzyiq edir. 

Bu məsələ isə İranla Amerikanın gəringinlikləri azaltmaq və nüvə danışıqlarını bərpa etmək niyyətində olduqları bir vaxta təsadüf edir.

Qeyd edək ki, Amerikanın dövlət katibi Antoni Blinken avqustun 15-də demişdir: “Amerika nüvə məsələsi üzrə gündən-günə artan gərginliyin azalması üçün İranın hər hansı hərəkətini alqışlayır.”

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar