SON XƏBƏRLƏR

Təbrizli sənətçi təhlükəsizlik idarəsinə çağırılıb

2023.08.16, 14:49
Təbrizli sənətçi təhlükəsizlik idarəsinə çağırılıb

Təbriz şəhərində yaşayan mədəni fəal və bədii qiraətçi Rza Əsbəqiyə zəng edilərək, təhlükəsizlik idarəsinə çağırıblar.

Gunaz.tv

Onun nəyə görə çağırıldığı barədə məlumat verməyən təhlükəsizlik məmurları, bir sıra suallara cavab verməli olduğunu deyiblər.

Rza Əsbəqinin yaxınlarının bildirdiyinə görə, bu,  onun Urmu gölü ilə bağlı keçirilən aksiyalarda iştirakına görə olduğu ehtimal edilir.

Qeyd edək ki, son günlər güney azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb.

Onlarla fəala zəng edilərək ETTELAAT-ın yerli bölmələrinə gəlmələri tələb olunub. 

Son iki gündə isə tanınmış xanım yazıçı və şairlər - Ruqəyyə Kəbiri və Nigar Xiyavi təhlükəsizlik idarəsinə çağırılıblar.

Bu, Təbriz şəhərinin fərmandarlığı qarşısında bir qrup xanım müəllim və ətraf mühit fəalının Urmu gölü ilə bağlı aksiya keriməsindən sonraya təsadüf edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar