SON XƏBƏRLƏR

İran Müəllimlər Birliyinin katibi həbs cəzasına məhkum edildi

2023.08.16, 15:53
İran Müəllimlər Birliyinin katibi həbs cəzasına məhkum edildi

İran Müəllimlər Birliyinin katibi Tahirə Nəqiey 6 ay azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Məlumatda bildirilir ki, Tahirə Nəqiey həbs cəzası ilə yanaşı, 15 milyon tümən cəriməyə məhkum edilib, 5 il müddətinə ağıllı telefondan istifadəsinə qadağa qoyulub.

O, iyunun 11-də Tehran İnqilab Məhkəməsi tərəfindən "hökumətə qarşı təbliğat" və "yalan məlumatlar yaymaq"da ittiham edilmişdi.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Onların bir çoxuna  "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar