SON XƏBƏRLƏR

"NATO Ukraynanı qələbəyədək dəstəkləyəcək"

2023.08.17, 15:35
"NATO Ukraynanı qələbəyədək dəstəkləyəcək"

"Ukrayna müharibədə qələbə qazanana qədər NATO bu ölkəyə kömək edəcək". APA xəbər verir ki, Alyansın Baş katibi Yens Stoltenberq bunu bu gün Norveçin paytaxtı Oslo şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Gunaz.tv

 Stoltenberq bunu Ukraynanın NATO-ya mümkün üzvlüyü və Kiyevin münaqişəyə son qoymaq üçün mümkün ərazi güzəştləri ilə bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, 15 avqustda NATO-nun Baş Qərargah rəisi Stian Jensen İsveçin “Verdens Gang” qəzetinə müsahibəsində Ukraynanın bəzi ərazilərindən imtina müqabilində Şimali Atlantika Alyansına qoşula biləcəyi ilə bağlı açıqlama verib.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar