SON XƏBƏRLƏR

Urmunun Durnalar Yuvası Stadimunda şüarlar səsləndirilib

2023.08.21, 12:18
Urmunun Durnalar Yuvası Stadimunda şüarlar səsləndirilib

İran və Honq Konq voleybol qarşılaşması zamanı Urmu gölünün qurumasına İran hakimiyyəti tərəfindən qayğı göstərilməsi üçün şüarlar səsələndirilib.

Gunaz.tv

Yarış Avqustun 20-də Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərinin Durnalar Yuvası Voleybol Stadimunda keçirilib. 

Güney Azərbaycanlı qadın və kişi azarkeşlər “Gəlin Gedək Ağlayaq, Urmu Gölün Dolduraq” şüarı səsləndirməklə İran hakimiyyətinin Gölün qurumasına laqeyd yanaşdığına etirazlarını bildiriblər. 

Yarışda həmçinin “Azərbaycan Var Olsun, İstəməyən Kor Olsun” və “Azərbaycan Qızları, Göylərin Ulduzları” və sair milli şüarlar səsləndirilib. 

Polis məmurları bu şüarların səsəlnədirildiyi an müdaxilə edərək şüarlara son qoyulması üçün təzyiqlər göstəriblər. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar