SON XƏBƏRLƏR

İranda boşanma halları ilə bağlı yeni statistika

2023.08.23, 13:29
İranda boşanma halları ilə bağlı yeni statistika

Son 20 il ərzində ölkədə boşanma sayı 168% artıb.

Gunaz.tv

Bu barədə Tehran şəhərinin İran parlamentindəki nümayənəsi Möhsün Pirhadi məlumat verib.

O, bununla yanaşı eyni müddət ərzində məcburi əməyə cəlb olunan uşaqların və narkomaniyaya qurşanan vətəndaşların sayının da bir neçə dəfə artdığını bildirib.

"Bahar fəslində ölkədə 80 min nikah, 38 min boşanma qeydə alınıb. 12 əyalətdə isə hər iki evlilikdən biri boşanma ilə nəticələnib",- millət vəkili qeyd edib.

Qeyd edək ki, ötən il İran Statistika Mərkəzinin yaydığı məlumata görə, son 10 il müddətində ölkədə evlənmə sayının 33% azaldığı, boşanma sayının isə 22% artdığı qeyd olunub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar