SON XƏBƏRLƏR

Təqaüdçülər Təbriz, Urmu və Ərdəbildə aksiya keçiriblər

2023.08.30, 14:35
Təqaüdçülər Təbriz, Urmu və Ərdəbildə aksiya keçiriblər

Dünən avqustun 29-da Güney Azərbaycanın Təbriz, Urmu və Ərdəbil şəhərlərində bir qrup təqaüdçü Təqaüd Fondunun binası qarşısında etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Azərbaycanlı dövlət təqaüdçüləri və həmkarlar ittifaqı Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin Dövlət Təqaüd Fondunun binası qarşısında qanuni tələblərinə dövlətin laqeyd yanaşdığı barədə plakatlar nümayiş etdirib,  şüarlar səsləndiriblər.  

Onlar “Parlament və hökumət də millətin fikrində deyil”, “Heç bir xalq bu qədər ədalətsizliyə məruz qalmayıb”, “Yetər söz vermək, süfrələrimiz boşdur”, “Həbs olunmuş müəllim azad olunmalıdır” və sair şüarları səsləndiriblər.

Aksiya iştirakçıları,  həmçinin,  həmkarlar ittifaqı aktivisti,  güney azərbaycanlı Qulamrza Əsğərinin azadlığa buraxılmasını tələb ediblər. 

Təqaüdçülər dövlət və parlamentin onların problemlərini həll etmədiyini deyərək,  hüquqlarının tam bərpa olunmasına qədər aksiyaları davam etdirəcəklərini bildirblər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar