SON XƏBƏRLƏR

İranda Xameneyinin baneri yandırıldı

2023.09.08, 16:00
İranda Xameneyinin baneri yandırıldı

İranda ali dini lider Ayətullah Əli Xameneyiyə aid daha bir baner yandırılıb. Bununla bağlı sosial şəbəkələrin İran seqmentində video yayılıb.

Gunaz.tv

"Azad İran" yazır ki, bu dəfə İranın Zahidan şəhərində bannerə etnik bəluçlar tərəfindən od vurulub.

İnsidentin azadlıqsevər gənclər tərəfindən törədildiyi deyilir.

Xatırladaq ki, son aylar İranın bütün şəhərlərində tez-tez oxşar addımlar atılır.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb.

İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar