Nazir əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğunu xatırladıb.
XİN rəhbəri hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərinin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğunu diqqətə çatdırıb.
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğunu qeyd edilib.
Görüş zamanı həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.