SON XƏBƏRLƏR

İranda Məhərrəm ayında etirazlar daha da intensivləşə bilər

2021.10.20, 07:36
İranda Məhərrəm ayında etirazlar daha da intensivləşə bilər

Gunaz.tv
İranda son zamanlar etiraz aksiaları intensiv hal alıb. Məhərrəm ayının gəlməsi də etirazların daha intensivləşməsinə səbəb ola bilər. İslahatçı qruplar Məhərrəm ayının yas mərasimlərindən istifadə edərək siyasi etiraz aksiyaları keçirməyi planlaşdırır. Məhərrəm ayının ilk 10 gününü Şiə Müsəlmanlar İmam Hüseynin şəhid olması münasibəti ilə matəm kimi qeyd edir və bu günlərdə xüsusi mərasimlər icra edirlər. 1979-cu il İran inqilabı zamanı matəm mərasimləri inqilabçı qüvvələr tərəfindən siyasi aksiyalara çevrilmişdi. Həminn günlərdə İran ordusu Şaha itaətsizlik göstərərək xalq tərəfinə keçdi və bu inqilabın qələbəsinin başlanğıcı oldu. Müxalif lider Musəvinin tərəfdarları eyni senarini icra etmək niyyətində olsa da mövcud durumun şah dövründən fərqli olması və İranda iki ayrı ordunun mövcudluğu belə senarinin işləməsinə çox güman ki, imkan verməyəcək. Amma hakimiyyət bu 10 gündə əvvəlkindən daha artıq sarsıla bilər. Bu səbəbdən İran parlamentinin mühafizəkar spikeri Əli Laricani xalqa müraciət edərək Məhərrəmlik boyunca matəm mərasimlərini siyasiləşdirməməyi xahiş edib. Onun sözlərinə görə bu mərasimləri siyasiləşdirmək sistemin və İslamın gələcəyinin ziyanına ola bilər. Laricani özəl və hakimiyyət məsələlərini Məhərrəmlik mərasimlərindən uzaq saxlamağı xahiş edib. Bu məsələ daha həssas olduğundan bütün liderlərin fikirləri və mövqeləri böyük əhəmmiyyət daşıyır. Bunu nəzərə alaraq demək olar ki, bu günlərdə İranın digər yetkili liderləri də bu mövzu ilə bağlı öz mövqelərini bildirəcəkdir. Hər halda İran gərçəklərinin görünən tərəfi ondan ibarətdir ki, xalq arasında islahat tələbi günü gündən artmağa başlayıb. Hakimiyyət bunun qarşısını aldıqca xalqın tələbləri daha artır və şüarlar radikallaşır. Xalq istəklərini bildirmək üçün bütün vasitələrdən istifadə etməyi öz qarşısına məqsəd kimi qoyub və bu şəraitlərdən maksimum istifadə etmək istəyir.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar