SON XƏBƏRLƏR

İran qoşunları qonşu ölkə İraqın neft yatağını ələ keçirib

2021.10.20, 07:36
İran qoşunları qonşu ölkə İraqın neft yatağını ələ keçirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika hərbiyyəsinin sözçüsü AFP agentliyinə bildirib ki, iranlı əsgərlər sərhədi keçərək Fakkah neft yatağına İran bayrağını sancıblar. İraq daxili işlər nazirinin müavini Əhməd Əli Əl-Xəfəviyə istinadən bildirilib ki, İranın 11 əsgəri dünən günorta saatlarında sərhədi keçərək bayraqlarını qaldırıb və yatağı ələ keçirib. Rəsmilər əlavə edib ki, İraq tərəfi heç bir hərbi addım atmayıb, belə ki hökumət lazımı diplomatik cavab verməyi planlaşdırır. İraqlı rəsmilərdən biri isə hadisənin ciddi olmadığını bildirərək deyib ki, bu ərazi nəzarət altında olmayıb və bu, mübahisəli sərhəd məntəqəsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar