SON XƏBƏRLƏR

Emənistan prezidenti ilə bağlı dəlillər Avropa Məhkəməsinə göndərilib

2021.10.20, 07:36
Emənistan prezidenti ilə bağlı dəlillər Avropa Məhkəməsinə göndərilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans"-ə istinadən yaydığı məlumata görə, Qondarma Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Serj Sarkisyanın Xocalı soyqırımında iştirakı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin tələb etdiyi sənədlərin ilk hissəsini göndərib. Hazırlanan sənəd və disklər ötən gün İğdır poçt şöbəsindən məhkəməyə yola salınıb. Sənədlərin qalan hissəsini daha sonra göndərəcəyini deyən sədr bu barədə jurnalistlərə də açıqlama verib. “Disklərdə Xocalı soyqırımı və bu qətliamdan xilas olanların hadisə barədə danışdıqlarının videonümayişi var. "Human Rights Watch" təşkilatı Xocalı qətliamını Dağlıq Qarabağın işalından sonra həyata keçirilən ən böyük mülki qətliam kimi qiymətləndirib”. Dərnək sədri həmçinin Sarkisyanın ingilis jurnalistə verdiyi müsahibədə bu qətliamı törətdiyinə dair etirafı olduğunu, bu məqsədlə müəllifdən müsahibənin kasetini istədiklərini və bunu dəlil kimi məhkəməyə yollayacaqlarını deyib. “Bundan başqa S. Sarkisyanın ingilis yazıçı və araşdırmaçı Tomas De Vala verdiyi müsahibədə dediyi, “Xocalı hadisəsindən əvvəl azərbaycanlılar bizim zarafat etdiyimizi fikirləşirdilər. Ermənilərin mülki əhaliyə qarşı bu dərəcədə zorakılıq yoluna getməyəcəklərini hesab edirdilər. Biz bu fikirləri alt-üst etməyə nail olduq” – ifadələrini də məhkəməyə yolladıq. Yazıçı Tomas De Valdan yazdığı kitabı və müsahibənin kasetini istədik. Gəldikdən sonra onları da dəlillərə əlavə edəcəyik. Biz bu işin təqibçisi olacağıq. Çünki Sarkisyan bir qatildir və Xocalı soyqırımının hesabını verməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar