SON XƏBƏRLƏR

erməni rəsmiləri Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olmayacağına əmindir

2021.10.20, 07:36
erməni rəsmiləri Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olmayacağına əmindir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, «Rəsmi İrəvan Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olmayacağına əmindir». İşğalçı ölkənin vətəndaşların hüquqlarının müdafiə komitəsinin separatçı rejimin rəhbəri Bako Saakyana ünvanladığı müraicətdə belə deyilir. Bildirilir ki, erməni oliqarxların bu vaxta qədər Qarabağa sərmayə yatırmaması da bununla əlaqədardır. Serj Sarkisyanın qondarma rejimin danışıqlar posesinə qoşulacağı barədə açıqlamaları isə nəticəsiz vəd olaraq qalacaq. Rəsmi Bakı bu məsələnin ümimiyyətlə müzakirə mövzusu olmadığını deyir. «Hər şey razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb». Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində tutduğu əsas prinsip budur. Hazırda vasitəçilər prezidentlərin Münhen görüşündə ortaya çıxan yeni təkliflər üzərində işləyir və razılaşdırılmamış detallar müzakirə olunur. Ermənistan prezidenti Serj Sarkisyanın qondarma rejimin tezliklə danışıqlar prosesinə qoşulacağına dair bəyanatlarına gəlincə, rəsmi Bakı belə açıqlamaları əsassız hesab edir. Bu, yalnız daxili auditoryanı sakitləşdirməyə hesablanıb. Əgər İrəvan belə bəyanatlarla prosesi uzatmağa çalışırsa, rəsmi Bakı buna imkan verməyəcək. Həmsədrlərin «Madrid prinsipləri»-nə dair yeni təkliflərində isə hər hansı dəyişiklik yoxdur. Söhbət yalnız detalların uyğunlaşdırılmasından gedir. Danışıqlar prosesindəki son duruma gəlincə, rəsmi Bakı ümumi vəziyyəti xarakterizə etməyə tələsmir. Prezidentlərin yanvarda nəzərdə tutulan növbəti görüşündən sonra son durumu qiymətləndirmək mümkün olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar