SON XƏBƏRLƏR

“26 Azər” Güney Azərbaycanda türkcə yazılmış kitabların yandırılması günüdür

2021.10.20, 07:36
“26 Azər” Güney Azərbaycanda türkcə yazılmış kitabların yandırılması günüdür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanda 1946-ci ilin dekabr ayının 17-də (26 Azər) faciəvi şəkildə kitab yandırma faktı qeydə alınıb. Həmin gündə fars şovinizmi xarici ölkələrin gücü ilə İranın şahlıq idarə etmə üsulu altında bəslənmiş şovinist ordusu milli hökümətimizi qan tökərək süquta uğratdıqdan sonra türk dilində olan kitablara tarixi qəsd edib. millətimizi amansızcasına qətlam edən Şahın şovinist qüvvələri bu dəfədə millətimizin ədəbiyat, dil və mədəniyətini hədəfə alır. Həmin gündə 100 minlərlə Azərbaycan türkcəsində yazılmış kitab universitetlərdən, məktəblərdən, kitabxanalardan, tələbələrin xüsusi kitabxanasından və s. toplanaraq, türk şəhərlərinin mərkəzi meydanlarında yandırılır. Bununlada insan qatilləri bu dəfədə kitab, ədəbiyat və mədəniyətimizə vəhşicəsinə saldırırlar və millətimizin mənəvi yaddaştında əbədi bir iz buraxırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar