SON XƏBƏRLƏR

İran Sovet İttifaqı deyil

2021.10.20, 07:36
İran Sovet İttifaqı deyil

Gunaz.tv
"Washington Post": "Rejim liderləri kommunist bürokratlarından fərqli mentalitetə malikdirlər" İranın nüvə proqramı Qərb dövlətlərilə İslam Respublikası arasında başlıca ixtilaf nöqtəsi olaraq qalır. Ancaq Obama administrasiyasının Tehran hökumətinə son jestləri bəzilərində artıq Qərbin İranın atom bombasına sahib ölkə olmasını qəbul etdiyi təəssüratını yaradıb. Eyni zamanda ABŞ daxilində mühafizəkar müxalifət fars-molla rejiminin kütləvi qırğın silahına malik olmasını fəlakət ssenarisi kimi görür. Amerika Sahibkarlıq İnstitutunun vitse-prezidenti Daniell Pletka "Washington Post" qəzetindəki məqaləsində İranın da nə vaxtsa Sovet İttifaqı kimi nüvə silahları işlətməkdən çəkindiriləcəyi ideyasını rədd edir: "Rəsmi Vaşinqton indidən İranın atom proqramını reallıq kimi qəbul edərək, bu silahların Tehran tərəfindən yayılmasının və istifadəsinin qarşısını almaq üzərində baş sındırır. Bu cür düşünənlər güman edir ki, "soyuq müharibə" dönəmində olduğu kimi, İran hökumətini müharibə yox, öz hakimiyyəti maraqlandırır. Bundan əlavə, ərəblər İrandan çox qorxduqları üçün Qərbə Tehranın dünyadan təcrid olunmasından yardım göstərəcəklər". Onun sözlərinə görə, İran özünü Şimali Koreya ilə yox, Hindistanla bir tərəziyə qoyur: "Fars-molla rejimi regional supergüc statusuna layiq olduğuna inanır. Tehran rejimi özünü ərəb şeyxlikləri və ya diktatorlarıyla müqayisə etmir". İranı Sovet İttifaqına bənzətməyə qarşı xəbərdarlıq edən Daniell Pletka bildirir ki, rejim liderləri kommunist bürokratlarından fərqli mentalitetə malikdirlər: ""Soyuq müharibə" vaxtı heç kimdə şübhə yox idi ki, sovetlər atom bombasından istifadə etsələr, ABŞ buna oxşar üsullarla cavab qaytaracaq. Lakin İranın İsrailə qarşı nüvə hücumu etdiyi təqdirdə ABŞ-ın Hillari Klintonun dediyi kimi, Tehranı yerlə-yeksan etmək vədinə sadiq qalacağına bir çoxları şübhəylə yanaşır. Bundan əlavə, İranda kimin nəyə rəhbərlik etdiyi aydın deyil. Bir çoxları Mahmud Əhmədinejadın atom bombasının tətiyinə nəzarət etmədiyini əsas gətirərək, İranın nüvə texnologiyasında təhlükə görmür. Lakin İran hökumətinin qeyri-sabitliyi və səlahiyyətlərin aydın bölüşdürülməməsi narahatlığa daha çox əsas verir". Amerika Sahibkarlıq İnstitutunun vitse-prezidenti yazır ki, İsrail dövləti atom bombasına malik İranın mövcudluğuna dözmək niyyətində deyil və Obama administrasiyası bunu nə qədər tez nəzərə alsa bir o qədər yaxşı olar. "New York Post" qəzetində İranda daxili siyasi dinamikaya nəzər yetirən Əmir Taheri isə rejimin legitimliyini itirdiyini və ideoloji potensialının tükəndiyini yazır: "Ötən ay İran rejimi hər il olduğu kimi yenə də ABŞ səfirliyini ələ keçirilməsinin ildönümünü qeyd etdi. Lakn bu ildönümü rejimin gücünü deyil, zəifliyini üzə çıxardı. Belə ki, səfirliyin keçmiş binası qarşısında nümayişə çıxanların sayı, rejimə qarşı nümayiş keçirənlərin sayından xeyli az idi. Tehran küçələrinə çıxan insanlar "Amerikaya Ölüm!" şüarı yox, "Diktatora ölüm!", "Rusiyaya ölüm!" şüarları hayqırırdılar. Səfirliyin binasını ələ keçirmiş 400 tələbədən heç biri bu tədbirdə iştirak etmirdi. Çünki nlardan yarısı İran-İraq müharibəsi zamanı həlak olmuş, yerdə qalanı isə ya müharicətdə, ya da həbsdədir. 1979-cu ildə islamçı tələbə hərəkatına rəhbərlik edən 20 liderdən 9-u həbsdədir. Vaxtilə amerikalı diplomatları sorğu-sual etmiş girovdarlar Abbas Abdi və İbrahim Əsğərzadə isə bu yaxınlarda öz hərəkətlərinə görə dərin peşmançılıq hissi keçirdiklərini deyərək, qurbanlarından əvf diləyiblər".Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar