SON XƏBƏRLƏR

Azərbaycanda heroin satan İran vətəndaşına hökm oxundu

2021.10.20, 07:36
Azərbaycanda heroin satan İran vətəndaşına hökm oxundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakıda narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilən İran vətəndaşının işi üzrə məhkəmə prosesi yekunlaşıb. məhkəmədən "OLAYLAR"-a verilən məlumata görə, Prosesdə iş üzrə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxs Mikayıl Rasti 11 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına görə, təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddə olan heroin satarkən həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar