SON XƏBƏRLƏR

Vaşinqton İranın növbəti raket sınağı keçirməsindən narahatdır

2021.10.20, 07:36
Vaşinqton İranın növbəti raket sınağı keçirməsindən narahatdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin Xarici Kütləvi İnformasiya Vasitələrinə istinadən yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları İranın növbəti raket sınağı keçirməsindən narahatdır. Ağ Ev deyib ki, İranda İsrail və Yaxın Şərqin qalan hissəsinə çatmağa qadir olan raketin sınağı Tehranın sülhməramlı bəyanatlarını alt-üst edir. Dövlət Departamenti və Pentaqon rəsmi Tehranın orta məsafəli «Secil-2» raket sınağı keçirməsini pisləyib. Amerikalı rəsmilər bu cür addımların İranın dinc məqsədli nüvə proqramı iddiasına kölgə saldığını bildirir. Raket sınağını təxribat adlandıran Vaşinqton İranın nüvə fəaliyyətinin dayandırılması üçün səylərin davam edəcəyini bildirib. İran bildirib ki, sınaqdan keçən Secil-2 (Sejil-2) raketi ona qarşı mümkün hücumdan güclü çəkindirici vasitə olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar