SON XƏBƏRLƏR

Kürd terroristləri Salmaslı Türk işadamını qətlə yetiriblər

2021.10.20, 07:36
Kürd terroristləri Salmaslı Türk işadamını qətlə yetiriblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Kürd terroristləri Salmaslı Türk işadamı Hacı Əsğər Qulipuru qətlə yetiriblər. "Milliharakat" Güney mənbələrinə istinadən bildirir ki, 75 yaşlı Azərbaycanlı işadamı Hacı Əsğər Qulipur Salmasda böyük yatırımlar həyata keçirib və bir çox xeyrxah əməllərdə o cümlədən məktəb düzəltməkdə bulunub. Bu əməllərinə görə Hacı Əsğəri bütün şəhər əhalisi xüsusi məhəbbətlə qəbul edir. O 3 ay öncə səhər idmanı edərkən şəhərin Parkından qaçırılır. Təhlükəsizlik Qüvvələrinin istintaq nəticəsində bəlli olur ki onu Kürd Terrorist Qruplaşması “Pejak” oğurlayıb. Məlumatda deyilir ki terroristlər onun ailəsi ilə əlaqə yaradaraq 3 milyon “Avro” oda Iraq torpağında təhvil verilmə şərti ilə tələb ediblər. ama zahirən istənilən məbləği əldə edəbilmədikləri üçün onu qətlə yetiriblər. onun meyiti bir müddət öncə İranın İnqilab Keşikçilər Korpusu (SEPAH) tərəfindən "şəhpiran" yoqquşlarında tapılıb. Mərhum onu sevən şəhər əhalisi tərəfindən hörmət və izzətlə dəfn edilib. Şəhərdə Kürd terroristlərinin günahsız insanlara belə saldırıları böyük şaşqınlığa və xüsusi psixoloji vəziyətə səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar