SON XƏBƏRLƏR

Körfəz ölkələri İranın nüvə proqramı məsələsində rəsmi Vaşinqtonla eyni fikirdədir

2021.10.20, 07:36
Körfəz ölkələri İranın nüvə proqramı məsələsində rəsmi Vaşinqtonla eyni fikirdədir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Körfəz ölkələri müştərək ordu quracaq. Şuraya üzv ölkələr İranın nüvə proqramı məsələsində rəsmi Vaşinqtonla eyni fikirdədir. Körfəz Ərəb ölkələri təhlükə qarşısında hadisələrə təcili müdaxilə edəcək müştərək ordu quracaq. Bu barədə məlumatı Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdürrəhman əl Atiyə verib. Atiyə, artıq bu ordunun qurulması üçün razılığa gəldiklərini bildirib. Şuranın baş katibi əl Atiyə müştərək ordunun gələn ildən yəmənli şiələrin Səudiyyə Ərəbistanına girməsi kimi vəziyyətlərdə müdaxilə edəcəyini deyib. Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurası ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb əmirlikləri, Bəhreyn, Qətər, Küveyt və Əmmandan ibarətdir. Qeyd edək ki, şuraya üzv ölkələr İranın nüvə proqramı məsələsində rəsmi Vaşinqtonla eyni fikirdədir. ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar