SON XƏBƏRLƏR

İran Qarabağ münaqişəsinin həlli məsələsində vasitəçi olmaq istəyir?!

2021.10.20, 07:36
İran Qarabağ münaqişəsinin həlli məsələsində vasitəçi olmaq istəyir?!

Gunaz.tv
Azərbaycan ictimaiyyəti İranın Qarabağ münaqişəsinin həllinə hansısa müsbət təsir göstərəcəyini qeyri-mümkün sayır Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İran səfəri çərçivəsində apardığı danışıqlarda molla rejiminin təmsilçiləri sürpriz təkliflər səsləndiriblər. İranın xarici işlər naziri Mənuçöhr Möttəki azərbaycanlı həmkarı ilə söhbətində ölkəsinin Qarabağ münaqişəsinin həlli üçün ölkəsinin "hər cür kömək göstərməyə hazır olduğunu" bildirib. Bu təklifi hansısa başqa ölkənin yüksək ranqlı diplomatı irəli sürsəydi, həmin təşəbbüslə bağlı müəyyən müzakirələr aparıla bilərdi. Amma bu niyyəti İran rəsmisinin açıqlaması riyakarlığın son həddi kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan artıq 1992-ci ildə fars- molla rejiminin Qarabağ münaqişəsinin həllinə verdiyi "töhfə"nin doğurduğu Xocalı faciəsinin, Şuşa itkisinin ağrısını hələ də yaşayır. Sözdə İslam Cümhuriyyəti adlanan İran müsəlman Azərbaycanın iyirmi faiz ərazisini işğal altında saxlayan Ermənistanın ayaqda qalması üçün nəyi bacarırsa, edir. İndi bu ölkə Qarabağ münaqişəsinin həllinə "yeni təkan" vermək niyyətinə düşüb. Amma bu dəfə səsləndirdiyi təklifin qeyri-ciddi və sırf protokol xatirinə edildiyini Möttəki hər kəsdən yaxşı bilir. İran düşdüyü vəziyyətin ağırlığının və Qarabağ münaqişəsinin hansı ölkələrin "monopoliya"sında olmasının fərqindədir. İranlı diplomatın təklifini dəyərləndirən azərbaycanlı təhlilçilər öz qısa izahlarında bu təşəbbüsün qeyri-real olduğunu bildiriblər. Onlar konkert deyiblər ki, bu, İranın baş vura biləcəyi məsələ deyil. Bu arada isə Moskvada fəaliyyət göstərən Müasir İranın Öyrənilməsi Mərkəzinin baş direktoru Rəcəb Səfərov da cənub qonşumuzun nizamlama prosesində iştirakı haqda danışıb. O, fikrindəki əsas vurğu bundan ibarətdir ki, İran Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa məcbur edə bilməz: "İran xahiş edə və müəyyən tendensiyalar işarə vura bilər, amma qoşunların çıxarılması məsələsi birbaşa Ermənistanın səlahiyyətinə daxil olan məsələdir. İran yalnız bu məsələylə bağlı öz mülahizəsini söyləyə bilər, deyə bilər ki, problemin bu aspekti həllini tapsa Ermənistanla Azərbaycan üçün daha yaxşı olar və bu, bütün regionun xeyrinə olar. İran heç zaman Ermənistandan öz qoşunlarını çıxarmağı tələb edə bilməz, çünki bu Ermənistan tərəfdən daxili işlərə müdaxilə etmək kimi dəyərləndirilə bilərdi". Şərhə heç bir ehtiyac qalmır. Necə yəni, mülahizə? Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb etmək Ermənistanın daxili işlərinə müdaxilədir? Bu əslində fars-molla rejiminin Qarabağ münaqişəsiylə bağlı "arqumentlərindən" biridir. Mahiyyəti də odur ki, fars rejimi həmişə olduğu kimi indi də Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü təmin etməsini özünə təhlükə görür. Çünki gündən-günə güclənən və problemlərinin həllinə nail olan Azərbaycan istər-istəməz fars rejiminin işğalı altında yaşayan 30 milyondan çox güneyli soydaşlarımızın güvənc yeri olacaq. Fars rejimi isə Güney Azərbaycanın istiqlal ideyasını "beşiyində", yəni Azərbaycan Respublikasında boğmaq planlarından əl çəkməyib.Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar