SON XƏBƏRLƏR

Konqresin Nümayəndələr Palatası İrana qarşı yeni sanksiya layihəsini qəbul edib

2021.10.20, 07:36
Konqresin Nümayəndələr Palatası İrana qarşı yeni sanksiya layihəsini qəbul edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 12 səsə qarşı 412 səs çoxluğu ilə ABŞ Konqresinin Nümayəndələr Palatası rəsmi Tehranı nüvə fəaliyyətindən geri çəkilməyə məcbur etmək məqsədilə bu ölkəyə qarşı növbəti sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. Hazırda sözügedən qanun layihəsinin Senat tərəfindən də dəstəklənməsi gözlənilir. qəbul edilən qanun layihəsində İrana benzin satan şirkətlərin cəzalandırılması əks olunur. xatırladaq ki, İran neft istehsal edən ölkə olmasına baxmayaraq, benzinin 40 faizini xaricdən idxal edir. İranın xaricdəki əsas benzin dayaqları isə İsveçrə şirkəti Vitol ve Glencore, Britaniya şirkəti British Petroleum, Hollandiya-İsveçrə ortaq şirkəti Trafiqura, Fransa şirkəti Total və Hindistan şirkəti Reliancedir. Konqresin qəbul etdiyi qanun layihəsinin bu şirkətləri özündə ehtiva etdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar