SON XƏBƏRLƏR

İranda Hicablı Kişilərin etiraz aksiyası

2021.10.20, 07:36
İranda Hicablı Kişilərin etiraz aksiyası

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, məlumata görə, Dekabrın 7-si Tələbə Günü aksiyasında tutulub bir gün sonra qadın geyimində şəkilləri yayılan tələbə fəal Məcid Təvəkküliyə dəstək məqsədi ilə hicablı kişilər aksiyası başlayıb. Məcid Təvəkküli dekabrın 7-də Tehran Universitetində keçirilən aksiyada çıxış edərək İranın dini rəhbəri ayətullah Əli Xamneyini diktatorluqda günahlandırmış, tələbələri istibdada müqavimətə çağırmışdı. Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşları aksiyanın sonunda M.Təvəkkülini küçədə zorla maşına mindirərək özləri ilə aparmışdılar. Sabahı gün İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) bağlı “Fars news” saytı Məcidin qadın geyimində şəkillərini yayaraq onu təhqir etmiş, məmurlar əlindən qaçmaq üçün qadın geyimindən yararlandığını yazmışdı. “Yaşıl hərəkat” tərəfdarları Məcidə qadın paltarının ETTELAAT idarəsində zorla geyindirildiyini deyirlər. son günlər İranda, eləcə də xarici ölkələrdə mühacirətdə yaşayan tanınmış kişi ictimai-siyasi fəallar, jurnalistlər, yazıçılar, siyasi ekspertlər və bir sıra incəsənət xadimləri Məcidin təhqir olunmasına etiraz olaraq ictimai yerlərdə başlarına yaylıq bağlayır, çadra geyinirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar