SON XƏBƏRLƏR

İranda “Alef” və “Cahannews” saytları barədə cinayət işi başlanıb

2021.10.20, 07:36
İranda “Alef” və “Cahannews” saytları barədə cinayət işi başlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda “Alef” və “Cahannews” adlı saytlar barədə cinayət işi başlanıb. Tehran məhkəməsi Bu saytları İran prezidentinin əleyhinə çıxışlarına görə cinayət məsuliyyətinə cəlb edib. Adını çəkdiyimiz saytlar Ali Məhkəmənin dövlət rəsmilərinin əleyhinə yazı yazanların qeyd-şərtsiz cinayət məsuliyyətinə cəlb olunacaqları ilə bağlı xəbərdarlığına baxmayaraq, İran prezidentinin əleyhinə xoşagəlməz yazılar dərc edib. Hazırda “Alef” və “Cahannews” saytlarının fəaliyyəti haqqında təhqiqat aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar