SON XƏBƏRLƏR

Tehran Universitetində növbəti etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Tehran Universitetində növbəti etiraz aksiyası keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Tehran Universitetinin 3 minə yaxın tələbəsi dekabrın 13-də aksiya keçirərək universitet rektorunun istefasını tələb edib. tələbələr əllərində yaşıl plakatlar və İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin şəkillərini tutublar. Onlar hökumətin müxalifət tərəfdarlarına qarşı ittihamlarını pisləyən şüar səsləndiriblər: “Xomeyni, hardasan? Musəvi təklənib!” İranda 7 Dekabr Tələbə Günü keçirilən aksiyalardan bir neçə gün sonra internetdə yalnız əlləri görünən naməlum şəxslərin ayətullah Xomeyninin şəkillərini yandırması barədə videoçarx yayılıb. Hökumət bu işdə müxalifət tərəfdarlarını günahlandırsa da, müxalifət bunu ETTELAAT-ın təxribatı kimi qiymətləndirir. Tələbələr Tehran Universitetinin rektoru Fərhad Rəhbərin istefasını tələb edərkən əsas kimi onun Tələbə Günündə və sonrakı günlərdə tələbə aksiyasını dağıtmaq üçün “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) üzvlərini universitetə buraxmasını göstəriblər. Tehranın Əl-Zəhra və Xacə Nəsir Tusi universitetlərində, həmçinin Kaşanda da tələbə aksiyaları keçirilib. Aksiyalarda tələbələrdən kimlərinsə tutulub-tutulmadığı barədə məlumat yayılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar