SON XƏBƏRLƏR

soydaşımız Nuridə Atəşi Almaniyanın aparıcı kişi və qadınlarının sırasında

2021.10.20, 07:36
soydaşımız Nuridə Atəşi Almaniyanın aparıcı kişi və qadınlarının sırasında

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Almaniya Federal Respublikasının birləşməsinin 20 illiyi münasibəti ilə „Who is who“ Hübner nəşriyyatı (Kim kimdir) Almaniyanın aparıcı kişi və qadınlarından ibərət xüsusi yubiley Ensklopediyası buraxmışdır. Qloballaşan Müasir Almaniyanın inkişafında 15 ci cildini təqdim edən nəşriyyat yubiley nəşrinin çapına xüsusi diqqət vermişdir. Yubiley nəşri qızıl suyuna salınmış xüsusi kağız və məxsus dəri cildində iki cilddə nəfis şəkildə tərtib edilərək İsveçrənin Hübner Who is Who nəşriyyatında çap edilmişdir. Ensklopediyada Almaniyanın siyasətində, iqdisadiyyatında, mədəniyyətində görkəmli yer tutan şəxsiyyətlərinə yer verilmişdir. 22.200 Şəxsiyyətlərin fotosu, biblioqrafiyası və ünvanı verilmişdir. Almaniyanın aparıcı kişi və qadınları sırasında yeganə həmyerlimiz Nuridə Atəşinin bioqrafiyasına da yer verilmişdir. Onu mədəniyyət xadimi, yazıçı, şairə və Almaniyada fəaliyyət göstərən N.Gəncəvi İnstitutunun direktoru olaraq ensklopediyaya daxil etmişlər. Eyni zamanda N. Atəşi dünya şöhrətli azərbaycanlı yazar Məhəmməd Əsəd Bəy(Qurban Səidin) tədqiqatçısı, Azərbaycanın minillik klassik ədəbiyyatının „Pərvanə və şam“ adlı antalogiyasının tərcüməçisi və Qafqaz Amazonlarının tədqiqatçısı kimi təqdim olunmuşdur. Naşirlər ən sonda Nuridə Atəşini „Qafqazın vəhşi amazonu“ təxəllüsü altında Ensklopediyada təqdim etmişlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar