SON XƏBƏRLƏR

Bir neçə Zəncanlı milli fəal Səid Mətinpurun ailəsi ilə görüşüb

2021.10.20, 07:36
Bir neçə Zəncanlı milli fəal Səid Mətinpurun ailəsi ilə görüşüb

Gunaz.tv

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bir neçə Zəncanlı milli fəal Səid Mətinpurun ailəsi ilə görüşüblər. onlar "Qum Qədir" bayramı münasibəti ilə təşkil edilən görüşdə cənab Mətinpurun son vəziyətini ailəsindən öyrəniblər. "Savalansesi"-nin yaydığı məlumatda bildirilir ki Mətinpurun ailəsi milli fəallardan təşəkkür edərək onun həbs şərayitindən nigaranlıqlarını bildiriblər. Səid Mətinpurun anası bildirib ki, Səid siyasilər bölməsinə köcürüldükdən sonra çox ağır bir vəziyətdədir. Onun telefən irtibatı çox məhdudlaşdırılıb və maqzimom 5 dəqiqə danışması mümkündür. Mətinpurun anası bildirib ki o ağır xəstədir . bədəninin bir çox nahiyəsindən o cümlədən bel ağrısı, mədə ağrısı, baş ağrı və boyun ağrısı kimi xəstəliklərdən əziyət çəkir. Həmçinin əlavə edib ki Səid inanılmaz dərəcədə çəki itirir və tanınmaz vəziyətə gəlib. Onun narahatçılıqları bununla məhdudlaşmır hətta saçlarıda təkülür. Mətinpurun anası Səidin vəziyətinin səbəbini zindanın natəmizliyi və yeməklərin keyfiyətsizliyi ilə əlaqələndirir. O əlavə edib ki bütün bunlara baxmayaraq Səid bəyin ruhi vəziyəti çox yüksəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar