SON XƏBƏRLƏR

Ərdəbil zindanında məhbuslar təzyiq altında

2021.10.20, 07:36
Ərdəbil zindanında məhbuslar təzyiq altında

Gunaz.tv

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyiməlumata görə, 50 gün öncədən Ərdəbil zindaninda bir illik məhbusluq dövrünü yaşayan Azərbaycan milli fəalları Vədud Səadəti, Rəhim qulami və Bəhruz Əlizadə Ərdəbilin zindan rəis Ənzabinin göstərişi ilə Zindan məmurları tərəfindən işgəncəyə məruz qalmaqdadırlar . Zindanin sədri Ənzabi bölmə rəisinə göstəeriş veribki, xəstə ,problemli və təhlükəli məhbuslari Azərbaycan fəallarının saxlandığı 7 ci bölməyə göndərərək siyasi fəallara təziqləri artırsın . Zindanın 7 ci bölməsinin keşikçisi Məhərrəm zadə bölməyə gələrək Azərbaycan milli fəallarını təhqir edir, müqavimət göstərənləri isə cəzalandırır. hətta 7ci bölmədə telefondan istifadə məhduddur və cəzalandirdıqları vaxt isə telefonlar bir dəfəlik yığışdirilir . Qeyd edəkki Ərdəbil zindanının 7ci bölməsində saxlanılan Behruz Əlizadə, Vədud Səadəti, Rəhim qulami, Əli abbasi Azərbaycan fəallari və Məhəmmədəli Narui Məhəmmdrəhim narui Ömər Çapraz isə başqa siyasi məhbuslardır . Milli fəalların ailələrinin bildirdiyinə görə İran təhlükəsizlik idarəsi tərəfindən Ərdəbil zindanına sədr vəzifəsinə təyin edilmiş Ənzabi Ərdəbil zindaninin 7 ci bölməsindəki siyasi və milli fəallara təziq və hədə-qorxu gəlməkdədir .

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar