SON XƏBƏRLƏR

Zəncanlı fəalın taleyi barədə məlumat verilmir

2023.09.25, 11:50
Zəncanlı fəalın taleyi barədə məlumat verilmir

Zəncan şəhərində yaşayan milli-mədəni fəal, ekoloq və Azərbaycan dili kurslarının müəllimi Fərhad Hüseyninin taleyi barədə məlumat verilmir.

Gunaz.tv

Təhlükəsizlik məmurlarının sentyabrın 19-da həbs edərək naməlum yerə apardıqları mədəni fəalın ailəsinin əlaqədar dövlət qurumlarına müraciətləri cavabsız qalıb.

Zəncanın Azad Universitetində idarəçilik üzrə magistr təhsili alan Fərhad Hüseyni Zəncan əyalətinin mətbuatında, o cümlədən “Bayram” jurnalında müxbir vəzifəsində çalışıb, mədəni-ictimai sahədə məqalələr yazıb.

Əsasən ədəbi və mədəni fəaliyyətləri ilə tanınan F.Hüseyni bir müddət Zəncanın Mədəniyyət Mərkəzində türk dili və ədəbiyyatından dərs deyib.

 

Qeyd edək ki, sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda fəal həbs edilib.

Əlaqədar dövlət qurumları onların həbs səbəbləri və ittihamları barədə açıqlama vermir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar