SON XƏBƏRLƏR

DAK Gənclər Təşkilatı və Yeni Nəfəs Gənclər Hərəkatı “21 Azər”-lə bağlı tədbir keçirdi

2021.10.20, 07:36
DAK Gənclər Təşkilatı və Yeni Nəfəs Gənclər Hərəkatı “21 Azər”-lə bağlı tədbir keçirdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "DAK"-a istinaən yaydığı məlumata görə, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı və Yeni Nəfəs Gənclər Hərəkatı 11 dekabr 2009-cu il saat 14:30-da “Güney Azərbaycanda Milli Hökumətinin yaranmasının 64-cü il dönümü” münasibətilə tədbir keçirdi. Tədbirdə Güney Azərbaycanda milli hökumətin yaranma və süqutu səbəbləri, bugünkü Güney Azərbaycanda gedən milli azadlıq hərakatına həmin tarixin təsiri müzakirə mövzusu oldu. Tədbirdə DAK Rəhbərliyi və İdarə Heyətinin bəzi üzvləri, alimlər, DAK Gənclər Təşkilatının üzvləri və fəalları, Yeni Nəfəs Gənclər Hərakatının üzvləri, güneyli-quzeyli milli fəallar, Türkiyəli tələbələr., və media nümayəndələri də iştirak edirdilər.Tədbiri giriş sözüilə açan DAK GT-nin sədri Seymur Həsənli Azərbaycanın azadlıqı uğrunda şəhidlərimizi yad etməklə başladı. İlk sözü güney Azərbaycanda 1945-46-ci ildə milli hökumətin iştirakçısı olmuş görkəmli alim, Dr.Sabir Nəbioğluya verdi. Sabir müəllim öz çıxışında bildirdi ki 12 dekabr Azərbaycanın tarixində ən şərəfli bir tarix olaraq qalmaqdadır. O hokumət movcud olduğu bir il müddətində bütün sahələrdə, özəlliklə Azərbaycan türkcəsində məktəblərin açılması,iqtisadi, siyasi, mədəni sahələrdə böyük uğurlar əldə etmişdir. Sonra söz tədbirin təşkilatçılarından olan Yeni Nəfəs Gənclər Hərəkatının sədri Mehman Həsənə verildi. O tarixən parçalanmış Azərbaycan gəncliyinin bötövlük düşüncəsində tərbiyə olunmasına toxunaraq bu yolda həyata keçirdikləri işlərdən danışdı. Söz alan DAK mətbuat xidmətinin rəhbəri, güneyli fəal Əlirza Amanbəyli Güney Azərbaycan milli hərəkatında Seyid Cəfər Pişəvəri fenomenini ön plana çəkdi. Bunu da əlavə etdi ki, təəssüflər olsun ki, həm o dövrdə, həm də bu gün insan haqlarından və demokratiyadan dəm vuran təşkilatlar 40 milyonluq bir toplumun varlığını tarixən olduğu kimi lal hazırki dönəmdə də göz ardına vurular. Bunun səbəbi isə böyük qüvvələri regonun türkləşməsi qorxuya salır. Tədbirdə DAK həmsıdri, prof. Paşa Qəlbinur, Güney Azərbaycan milli fəalı Sayman Aruz, Alatoran jurnalının baş redaktoru Rasim Qaraca, Bütöv Azərbaycan gənclər Təşkilatının sədri Ruslan İzzətli və gənclər mövzu ətrafında çıxışlar etdilər. Tədbir gənclərin debatı ilə sona çatdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar