SON XƏBƏRLƏR

Güneyli müəllimlər etiraz aksiyası keçiriblər

2023.09.27, 11:58
Güneyli müəllimlər etiraz aksiyası keçiriblər

Müəllimlər etiraz aksiyası keçiriblər

Gunaz.tv

Sentyabrın 26-da Güney Azərbaycanın Qəzvin və Həmədan şəhərlərində təqaüdçü  müəllimlər etiraz aksiyası keçiriblər.

Müəllimlər məişət problemlərinin çoxalmasına, bahalıq və inflyasiya səviyyəsinin artmasına baxmayaraq, təqaüdlərinin artırılmamasına, qanunla nəzərdə tutulmuş hüquqlarının təmin olunmamasına etiraz ediblər.

Narazı müəllimlər bununla yanaşı,  etiraz aksiyalarında həbs edilən həmkarlarının sərbəst buraxılması barədə şüarlar da səsləndiriblər.

Qeyd edək ki, eyni gündə İranın daha 4 əyalətində müəllimlər oxşar tələblərlə aksiyalar keçiriblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar