SON XƏBƏRLƏR

Ayətullah Müntəziri İran hakimiyətini bir daha tənqid edib

2021.10.20, 07:36
Ayətullah Müntəziri İran hakimiyətini bir daha tənqid edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Dekabrın 10-da İran Hüquq Müdafiəçiləri Birliyinin bir sıra üzvləri ilə görüşən nüfuzlu müxalif ayətullah Hüseynəli Müntəziri hakimiyyətin xalqa qarşı zorakılıq nümayiş etdirərək onlara divan tutmasını kəskin tənqid edib. Müntəziri İran hakimiyyətinin son aylarda dinc müxaliflərə qarşı həyata keçirdiyi zorakılıqların qanunsuz və islama zidd olduğunu deyib: “Xalqa qarşı qəddarlıq, zorakılıq şəriət qanunlarına ziddir. İnsanlara qarşı zorakılıq və kobudluq edilməsinə göstəriş verənlər və bu göstərişi həyata keçirənlər bu xalqa borcludurlar. Təəssüflə onlar kişi ilə qadın, qoca ilə cavan arasında da fərq qoymayıblar. Qadın və qızları kişilərdən də çox döyüb təhqir ediblər. Siz hansı haqla xalqı döyüb təhqir edirsiniz? Olmaya sizi qəbul etmədikləri üçün? Sizi qəbul etmirlər, etməsinlər. Məgər siz Allah və ya peyğəmbərsiniz? Sizin islam və din adı ilə etdikləriniz islamın biabır olmasına səbəb olub. Axı insanlarla niyə bu qədər zorakı davranırsınız?”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar