SON XƏBƏRLƏR

Çinin İranla bağlı siyasi mövqeyi dəyişir

2021.10.20, 07:36
Çinin İranla bağlı siyasi mövqeyi dəyişir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın xarici işlər naziri Manuçöhr Mottəki Çinin Xarici İşlər Nazirliyinə (XİN) etiraz məktubu göndərib. APA İRNA-ya istinadən yaydığı məlumatda bildirir ki, M. Mottəki Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın əleyhinə olan qətnaməsinə Çin müsbət rəy verdiyi üçün bu addımı atıb. Analoji etiraz məktubları qətnamənin lehinə səs vermiş digər ölkələrə də göndəriləcək. M. Mottəki İran dövlətinin nüvə məsələsində şəffaf siyasət yürütdüyünü, bu işi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində davam etdirəcəyini bildirib. İran XİN başçısı məktubunda dünyada bəşəriyyətin həyatı üçün zərərli olan silahları istehsal və istifadə edən ölkələrə etiraz etməyin lazım olduğunu Çinin diqqətinə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar