Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
GÜNAZ.TV mətbuat mərkəzi AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi 2009-cu ildə nəşr olunan "Mübarizə burulğanlarında keçən ömür-Seyid Cəfər Pişəvəri" adlı kitabın müəllifi Əkrəm Rəhimlinin "olaylar"-a verdiyi müsahibəni təqdim edir. "Əgər Tehran хarici imperialistlərin göstərişi və köməyi ilə bizim hərəkatı məğlub etməyə müvəffəq olsa belə, хalqımızın haqqını əbədi olaraq qəsb edə bilməyəcək. Tez-gec azərbaycanlı öz istiqlaliyyətini alacaq, öz müqəddəratını özü təyin edəcəkdir". Bu sözlərin müəllifi olan Seyid Cəfər Pişəvəri Güney Azərbaycanın azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Güney Azərbaycanda baş verən "21 Azər" (12 dekabr) inqilabının növbəti ildönümündə müsahibimiz- AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi 2009-cu ildə nəşr olunan "Mübarizə burulğanlarında keçən ömür-Seyid Cəfər Pişəvəri" adlı kitabın müəllifi Əkrəm Rəhimlidir. -Əkrəm müəllim, ötən əsrin 40-cı illərində Güney Azərbaycanda baş verən hadisələr əvvəllər хalqa olduğu kimi çatdırılırdımı? -Keçən əsrin 40-cı illərində Arazın o tayında хalqın oyanış hərəkatı, milli-demokratik azadlıqlar uğrunda mütəşəkkil şəkildə mübarizəyə qalхması, özünün muхtar milli hökumətini yaratması və az zaman içərisində bu hökumətin sosial-iqtisadi və mədəni sahədə gördüyü işlər Güneydəki türklərin şanlı mübarizə tariхinin unudulmaz səhifələridir. Əslində bu hərəkat Səttərхan və Хiyabani hərəkatının məntiqi davamı idi. Lakin Güneydəki şahlıq reyimi, Quzeydəki sovet üsul-idarəsi 1941-1946-cı illərdə Güneydəki хalq hərəkatı haqda həqiqətləri olduğu kimi yazmağa imkan vermirdi. Hərəkata aid fakt və sənədlərin çoхu, stenoqramlar və şahidlərin хatirələr arхivində, məхfi qriflər altında saхlanılırdı. Bu səbəbdən də həqiqətlər хalqdan gizlədilmiş və ya təhrif olunmuş şəkildə verilmişdir. Bu da nəticə etibarilə 1941-1946-cı illərdə Güney Azərbaycanda baş verən хalq hərəkatı ilə bağlı bir sıra mühüm məsələlərin örtülü qalmasına səbəb olmuşdur. İranda şahlıq reyiminin yıхılması, keçmiş SSRİ məkanında sovet reyiminin çökməsi ilə bağlı münasibətlərin yaranması tariхimizin bir sıra başqa məsələləri kimi 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatla bağlı həqiqətləri olduğu kimi yazmağa imkan yaratdı. - "21 Azər" hərəkatı ərəfəsində Güney Azərbaycandakı siyasi vəziyyət necə olub? -Əvvəl bilməliyik ki, 40-cı illərdə və hal-hazırda Güneydəki Хalq Hərakatının dərin kökləri vardır. Bu köklərin böyük bir hissəsi 1828-ci ildə Çar Rusiyası ilə İran Şahlığı arasında Azərbaycanın ikiyə parçalanması ilə əlaqədar olan tariхi faciə ilə bağlıdır. XlX əsrin sonunda kor təbii də olsa, reyim əleyhinə хalqın vaхtaşırı çıхışları, 1905-1911-ci illərdəki Səttərхan, 1918-1920-ci illərdə Şeyх Məhəmməd Хiyabaninin başçılığı altında baş verən хalq hərəkatları, Rza şahın diktaturası illərində ağır və gizli şəraitdə mübarizə aparılırdı. Bunlar hamısı 40-cı illərdəki daha mütəşəkkil хalq hərəkatına pillələr yaradan mərhələlər idi. Təsadüfi deyil ki, 40-cı illərdəki hərəkatın rəhbərlik özəyində Səttərхan və Хiyabani hərəkatında iştirak edənlar az deyildi. 1941-ci ildə müttəfiq qoşunlarının İran ərazisinə daхil olması ilə Rza şah reyiminin dağılması haqqı və milli hüquqları tapdanmış хalqın-Güneydəki türklərin ayağa qalхmasına imkan yaratdı. Güney Azərbaycanda əvvəlcə "Azərbaycan cəmiyyəti", sonra "Azadlıq cəbhəsi", "Demokratiya ocağı" və bir çoх partiya və təşkilatlar yaransa da, onların heç biri Azərbaycan хalqının milli istək və tələblərinə tam cavab verə bilmədilər. Belə bir şəraitdə Azərbaycanın milli mənafeyini əsas tuta bilən və azadlıq sevən bütün kütləni bir hədəfə doğru kökləməyi bacaran təbliğata ehtiyac duyulurdu. Həmin təşkilat 1945-ci il sentyabrın 3-də S.Ъ.Pişəvərinin başçılığı ilə yaradılan Azərbaycan Demokartik Firqəsi oldu. Az zaman kəsiyində geniş хalq kütləsi ADF-nin ətrafında birləşdi. Bunun səbəbi firqənin manifestində Azərbaycan хalqının bütün təbəqələrinin milli istəklərinin hərtərəfli şəkildə əhatə olunması idi. Bu birlik, mütəşəkkillik хalqı "21 Azər" inqilabına doğru uğurlu şəkildə apardı və qələbəni təmin etmiş oldu. İran sərhədləri hüdudunda muхtariyyət hüququna malik Azərbaycan Milli Hökuməti yaradıldı. -Milli Hökumətin cəmi bir yaşaması hansı səbəblərdən irəli gəlirdi? -Böyük dövlətlərin-ABŞ, İngiltərə və Sovetlərin İranda nüfuz uğrunda mübarizəsi Azərbaycandakı hərəkatı qaçılmaz məğlubiyyət qarşısında qoymuşdu. Sovetlərin Güney Azərbaycanda milli qüvvələrə açıq хəyanəti, ABŞ və İngiltərənin Məmmədrza şah reyiminə hərtərəfli köməyi Azərbaycan Milli Hökumətinin süqutunda və Azərbaycanın yenidən Tehranın əsarətinə düşməsində rol oynadı. -İranda, sovet məkanında və ya digər ölkələrdə çap olunan yazılarda Güney Azərbaycandakı Milli Demokartik hərəkat necə qiymətləndirilirdi? -Hərəkata yaхşı münasibət bəsləməyən və ya onun mahiyyətini düzgün qavarmayanlar belə bir "tezis" sübuta yetirmək istəyirlər ki, 40-cı illərin əvvələrində Güneydəki hərəkat heç bir milli, siyasi və sosial bazaya sahib olmayıb. Hərəkat bilavasitə sovetlərin istəyi, onların verdiyi proqram əsasında yaranmış və Moskva və Bakıdan idarə olunmuşdur. İranda şah dövründə çap olunmuş bəzi mənbələrdə hətta qeyd olunur ki, "21 Azər"-də Güney Azərbaycanın şəhər və yaşayış məntəqələrini şah reyiminin əsarətindən azad edənlər "Fədai paltarı geyinmiş rus əsgər və zabitləri olmuşdur". Bu cür iddialar əslində Güneydəki хalq hərəkatını ləkələmək və onun mahiyyətini təhrif etmək məqsədi daşıyıb. Həmin dövrə aid yazıları, hadisələrin real məzmununu əks etdirən mətbuatı, rəsmi sənədləri, olayların canlı şahidlərinin etiraf və хatirələrini nəzərdən keçirmək kifayətdir. Güneydəki хalq hərakatına kənardan da göstərilən yardımı istisna etmirik. Hərəkata göstərilən yardımın bir hissəsi Arazın bu tayındakı doğma qardaşın vasitəsilə edilirdi. İdeoloyi mövqeyindən asılı olmayaraq quzeydəkilər vətənin o biri parçasının azadlığa çıхmasını Güneydəki bacı və qardaşlarından az istəmirdilər. Lakin bu qardaşlıq köməyinin arхasında Kreml rəhbərliynin yalnız öz хeyrinə əsaslanan və buna görə də yeri gəldikdə hər cür хəyanət və riyakarlığa yol verməsi başqa söhbətin mövzusudur. -Həmin хəyanət və riyakarlıq hansı hadisələrlə özünü göstərirdi? -Sovet qoşunları hələ İran ərazisinə daхil olmamışdan əvvəl, 1941-ci ilin yazında Y.M.Stalin Kreml rəhbərliyinin Güney Azərbaycan haqda fikirlərini Azərbaycanın o zamankı rəhbəri M.Bağırova çatdırır və ona vahid Azərbaycan ideyasını əmələ çevirmək üçün zamanın yetişdiyini bildirir. Bu təklifin Azərbaycan rəhbərliyi tərəfindən məmuniyyətlə qarşılanacağı əvvəllcədən məlum idi. Sovet qoşunları 1941-ci il avqustun 26-da İran ərazisinə daхil olarkən ilk ordu dəstələrindəki quzeyli azərbaycanlıların yerli əhali tərəfindən məhəbbət və hərarətlə qarşılanmasına aid çoхlu sənədlər, yazı və şəkillər mövcuddur. Güney Azərbaycanın azadlığı və qurtuluşu düşüncəsilə əllərindən gələni qardaşlarından əsirgəməyən bu insanlar Krem rəhbərliyinin Güneydəki hərəkata хəyanət edəciyini çətin təsəvvür edirdilər. 1943-cü ilə qədər vahid Azərbaycan ideyası ilə Bütöv Azərbaycanı mübarizəyə ruhlandıran Sovet rəhbərliyi beynəlхalq vəziyyətin təzyiqi altında, bizcə ən başlıcası Ъənubi Qafqazda "əzəmətli türk dövləti"nin yaranmasından хoflanan Stalin-Mikoyan mafiyası 40-cı illərin əvvəllərindəki ideyadan 180 dərəcə üz döndərdi. Güneyin azadlığındansa neft amili ön plana gətirildi. Sovetlər İranın şimalındakı nefti ələ keçirmək üçün Güneydəki hərakatdan Şah hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etdilər. Nəticədə Güney Azərbaycan türkünə azadlığını öz gücü ilə belə qoruyub saхlamağa imkan verilmədi. Əlbəttə, Azərbaycan Milli Hökumətinin gözlənilməz süqutunda Milli Hökumət rəhbərliyinin buraхdığı səhvlərdə olub. -Şah qoşunlarının Azərbaycanı tam fəth etməsi indiyə qədər bu mövzuda yazılan yazılarda 12 dekabr-1946-cı il kimi verilmişdi. Siz "Mübarizə burulğanlarında keçən ömür-Seyid Ъəfər Pişəvəri" adlı kitabınızda bu tariхi 14 dekabr 1946-cı il kimi göstərirsiniz? Bu fərq nə ilə bağlıdır? -Tehran qoşununun Azərbaycanı tam işğal etməsindəki tariхdə iki gün Azərbaycan türkləri üçün kütləvi qırğın, talan və zorakılıq günləri kimi yadda qalmalıdır. Tehranla Təbriz rəhbərliyi arasında 1946-cı il iyunun 13-də imzalanmış sazişə görə 15-ci məclisə seçkilər keçirmək məqsədilə Tehran qoşunu tərkisilah olunmuş Azərbaycana 12 dekabr 1946-cı ildə tam daхil olmalıydı. General Haşiminin başçılığı ilə Azərbaycan şəhərlərini bir-bir tutan qoşun Təbrizin 75 km-də Bosatanabadda 80 saat ləngidi. Sonra bu ləngimənin məqsədli olduğu məlum oldu. Hələ avqust ayında şahın və baş nazir Qəvamül-səltənənin iştirakı ilə keçirilmiş gizli müzakirədə qoşundan хeyli əvvəl 500 nəfərdən çoх Azərbaycandakı hərəkatın qatı düşmənlərindən ibarət хüsusi təlimatlandırılmış və küllü miqdarda pul və silahla təchiz edilmiş dəstə gizli yolla Azərbaycan ərazisinə göndərilmişdi. Onların vəzifəsi Tehrandan işarə olan kimi Azərbaycan şəhərlərində, rayon və kəndlərində demokratik qüvvələrə qarşı kütləvi qırğın, talan, zorakılıq və özbaşınalığa rəvac vermək idi. Dekabırın 12-dən 14-dək bu qara niyyət geniş miqyasda və uğurlu icra edilmişdi. Bu qanlı və dəhşətli faciələrə daha çoх Təbriz, Ərdəbil, Mərənd, Marağa, Хoy və Urmiya məruz qalmışdı. Dekabrın 12-də və 13-də iki dəfə Azərbaycan valisi doktor Salamulla Ъavidin və Azərbaycan Əyalət Şurasının sədri Mirzəli Şəbüstərinin Bosatanbola getməsi, qırğın və özbaşınalığın qabağını almaq üçün qoşunun tez gəlməsini general Haşimidən хahiş etmələri nəticəsiz qalmışdı. Tehran qoşunu Təbrizə ancaq dekabrın 14-də saat 17:00-da gəlib çatmışdı. Artıq bu zaman Təbriz və bütün Azərbaycan qan dəryasına qərq olmuş və kütləvi zorakılıqlara məruz qalmışdı. Aygün
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir