SON XƏBƏRLƏR

Bu gün Azərbaycanın böyük şəxsiyyəti, tanınmış siyasətçi Heydər Əliyevin anım günüdür

2021.10.20, 07:36
Bu gün Azərbaycanın böyük şəxsiyyəti, tanınmış siyasətçi Heydər Əliyevin anım günüdür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dekabrın 12-si Azərbaycanın böyük şəxsiyəti, tanınmış siyasətçi, keçmiş prezident Heydər Əliyevin vəfatından 6 il keçir. Bununla bağlı paytaxtda və rayonlarda anım mərasimləri keçirilir. Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunur. Dövlət yol polisi gücləndirilmiş iş rejimində işləyir. Bakının bir sıra istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. Azərbaycanın müstəqillik əldə etdiyi mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradıb. 1993-cü ilin iyununda Gəncədəki hərbi qiyamdan sonra siyasi hakimiyyətə dəvət olunub. 1993 və 1998-ci illərin oktyabrında Azərbaycanın prezidenti seçilib. Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar