SON XƏBƏRLƏR

Kanadada ADAPP ilə Beynalxalq Əfv təşkilatı Səid Mətinpurun vəziyəti ilə bağlı birgə imza kompaniyası keçirib

2021.10.20, 07:36
Kanadada ADAPP ilə Beynalxalq Əfv təşkilatı Səid Mətinpurun vəziyəti ilə bağlı birgə imza kompaniyası keçirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Beynalxalq İnsan Hüquqları Günü münasibəti ilə Beynalxalq Əfv Təşkilatı və ADAPP (İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Birliyi) 9 dekabrda Kanadanın Vənkuver şəhərində Səid Mətinpurun vəziyəti ilə bağlı birgə imza kompaniyası keçiriblər. bu tədbirdə Kanada vətəndaşları, bir çox ölkələrdə insan haqlarının pozuntusu ilə bağlı imza kompaniyasına qoşulublar. Qeyd etdiyimiz kompaniyada Səid Mətinpurun vəziyəti onun xəstəliyi və vicdan məhbusu olduğu vurqulanır. Kompaniya iştirakçıları İranın Ali Məhkəməsinin sədri cənab Sadiq Laricaniyə məktub ünvanlayaraq İnsan haqları fəali və jurnalist Səid Mətinpurun dərhal azadlığı istənilir. Həmçinin Ali Məhkəmə sədrindən istənilir ki Mətinpurun sağlıq durumuna diqqət yetirilsin və lazımlı tədbirlər alınsın. Beynalxalq Əfv Təşkilatı və ADAPP inanırlar ki Səid Mətinpur əqidə və vicdan məhbusudur, o ancaq Azərbaycanlıların insanı hüquqlarını müdafiə etmək üçün həbsə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar