SON XƏBƏRLƏR

İranı yeni sanksiyalar gözləyir

2021.10.20, 07:36
İranı yeni sanksiyalar gözləyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qərb ölkələrinin BMT-dəki səfirləri xəbəırdarlıq ediblər ki, əgər Tehran ziddiyyətli nüvə proqramını dayandırmasa yeni ildə Tehrana qarşı sərt sanksiyalar irəli sürülə bilər. Diplomatlar bu bəyanatı BMT Təhlükəsizlik Şurasının İrana silah embarqosuna nəzarət edən palatasının hesabatından sonra veriblər. Təhlükəsizlik Şurasına təqdim oilunmuş hesabatda deyilir ki, İran son üç ayda mövcud silah embarqosunu iki dəfə pozub. Məsələni mürəkkəbləşdirən həmçinin ilin başa çatdığı bir vaxtda İranın özünün ziddiyyətli nüvə proqramından əl çəkməməsidir. Fransa , Britaniya və Amerika Birləşmiş Ştatları İranın zənginləşdirilmiş uran məsələsi ilə bağlı inadkarlıq göstərməsindən bezikdiklərini bildiriblər. Qərb narahatdır ki, Tehranın nüvə proqramından son məqsəd atom silahının yaradılmasıdır. Tehran bunu qətiyyətlə təkzib edir. Buna baxmayaraq Qərb bildirib ki, İrana razılığa gəlmək üçün verilmiş pəncərə artıq bağlana bilər. Britaniyanın BMT-dəki səfiri Mark Lyal Qrant deyib ki, “səbir kasası daşır. İlin sonu yaxınlaşır və əgər İran mövqeyini dəyişməsə, danışıqlara meylli olduğu barədə aydın bəyanat verməsə, Təhlükəsizlik Şurası heç şübhəsiz ki, yeni ildə İrana qarşı yeni sanksiyalar məsələsinə baxacaq." BMT diplomatları bildiriblər ki, bu məsələ ilə bağlı qiymətləndirmə elə gələn həftə aparılacaq. Lakin yeni sanksiyaların tətbiqindən əvvəl BMT Təhlükəsizlik Şurasının Çin kimi üzvləri ilə uzun-uzadı-danışıqlar lazım gələcək. Məhz buna görə də İrana qarşı daha sərt tədbirlər barədə qərarın qəbul edilib-edilməyəcəyi sual altında qalır.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar