SON XƏBƏRLƏR

Dekabrın 10-nu Beynəlxalq İnsan Hüquqları günüdür. Bu il kütləvi aksiyalara səhnə olan İran diqqət mərkəzindədir

2021.10.20, 07:36
Dekabrın 10-nu Beynəlxalq İnsan Hüquqları günüdür. Bu il kütləvi aksiyalara səhnə olan İran diqqət mərkəzindədir

Gunaz.tv
GünAzTv:GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dekabr ayının 10-nu Insan Haqları Bəyannaməsinin 61-ci ildönümüdür. BMT-nin hazırladığı bu sənəddə hər bir insanın 30 əsas hüququna yer verilib. Bu il kütləvi aksiyalara səhnə olan İran Beynəlxalq İnsan Hüquqları günü diqqət mərkəzindədir. İyun ayı prezident Mahmud Əhmədinejadın saxtalaşdırmalarla yenidən seçilməsinə etiraz edən on minlərlə insan səsini ucaltmışdı. Tehrandanümayişçilərə qarşı zorakılıqlar tətbiq edilmiş, çoxsaylı insan nəzarət altına alınmış, müttəhimlərə sərt cəzalar verilmişdi. Rights Watch-un nümayəndəsi Tom Malinovski İranın monitorinq etdiyi ən qızğın bölgə olduğunu deyir. O eyni zamanda bildirir ki, son 40 ildə insan hüquqları sahəsində bir qədər inkişaflar əldə edilib. Əfqanıstan kimi ölkələrdə görüləsi iş çoxdur. Əfqanıstan hökuməti qadınları taliblərin zorakılığından müdafiə etməyə nail olmayıb. Rusiyada jurnalistlər və insan hüquqları müdafiəçiləri qətlə yetirilir. Birmada demokartiya müdafiəçisi Aung San Suu Kyi 20 ildir ki, ev distaqlığına məhkum edilib. Malinovskinin dediyinə görə, az da olsa ümidlər var. Məəslən Sudan prezidenti Ömər Əl-Bəşir müharibə cinayətləri ittihamı ilə həbs hökmü altındadır. Sudanın Darfur regionunda hökumət qüvvələri ilə üsyançılar arasındakı münaqişə səbəbi ilə 300 000 insan həlak olub, milyonlarla insan evindən didərgin düşüb. Amerkaya gəldikdə isə Malinovski nəzarət altına alınanların məcburi sorğu-suala çəkilməsini yasaqlayan prezident Obamaya böyük ümid bəslədiyini deyir. O, prezidentin Çin kimi ölkələrə qarşı qətiyyət nümayiş etdirəcəyinə inanır. Bu il Pekin Çinin qərb regionunda uyğuqlara divan tutmuşdu. Çinin qabaqcıl siyasi fəalı Liu Tsiabo artıq bir ildir ki, həbsdədir.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar