SON XƏBƏRLƏR

Məhəmməd Xatiminin təhqir edici lətifəsinə etiraz edən soydaşlarımıza məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
Məhəmməd Xatiminin təhqir edici lətifəsinə etiraz edən soydaşlarımıza məhkəmə hökmü çıxarılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli-mədəni fəalları Abdullah Səduqi, Fərid Baqirzadə, Armin Şakiran Vəhidi, Barat Dadgər, Babək Meynəqi (rejisor) və Əsğər Qədimiyə (universitet öyrəncisi) Təbriz məhkəməsi hökm çıxarıb. Hökmə görə onlar 91 gün həbs və 30 zərbə şallağa məhkum ediliblər. Adını çəkdiyimiz milli-mədəni fəallar bu il İranda keçirilən prezident seçkiləri ərəfəsində təbliğat kompaniyası zamanı İranın təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıblar. onlar Mir Hüsey Musəvi çıxış edərkən milli məzmunlu şüarlar verib və keçmiş prezident Məhəmməd Xatməminin türklər haqqında dediyi təhqir edici lətifəyə etirazlarını bildiriblər. Adını qeyd etdiyimiz Milli-mədəni fəallar təxminən bir ay öncə keçirilmiş məhkəmə prossesində ümumi asayişi pozmaqda ittiham olunublar. Milli fəalların mühakimə olunana qədər həbsdə saxlanılarkən vəkil hüququndan məhrum və cismi-ruhi işgəncələrə məruz qaldıqları bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar