SON XƏBƏRLƏR

nüfuzlu qələm adamları İran hakimiyyətini etdiyi zorakılıqlara görə pisləyib

2021.10.20, 07:36
nüfuzlu qələm adamları İran hakimiyyətini etdiyi zorakılıqlara görə pisləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın nüfuzlu qələm adamları hakimiyyəti etdiyi zorakılıqlara görə sərt şəkildə qınayıb. Bu barədə İran Yazıçılar Birliyi bəyanat yayıb. Bəyanatda Dinc etiraz aksiyalarında vətəndaşlara qarşı dəyənək, gözyaşardıcı qaz və silah işlədilməsi, tutulanların zindanlarda işgəncə və təhqirlərə məruz qalması pilənilir. bəyatanda İran Yazıçılar Birliyi ölkə mətbuatında tətbiq edilən senzuranın ləğvini, insanların dinc etiraz hüquqlarının tanınmasını tələb edib. həmçinin bildirilir ki hakimiyyət müxalifləri əzməklə, zülm və qəddarlığı şiddətləndirməklə özünü də uçuruma aparır. Xatırladaq ki İran Yazıçılar Birliyi müstəqil ictimai qurumdur. 40 ilə yaxındır fəaliyyət göstərən birlik nə şah dövründə, nə də islam inqilabından sonra rəsmi dövlət qeydiyyatına alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar