SON XƏBƏRLƏR

Ekspert Bülənt Əlirza: Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq

2021.10.20, 07:36
Ekspert Bülənt Əlirza: Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza «Amerikanın səsi»-nə verdiyi müsahibəsində deyib ki Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Amerikaya səfəri yerli və xarici politoloqların da diqqət mərkəzindədir. Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza hesab edir ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün Dağlıq Qarabağı şərt kimi irəli sürməsi mühüm addımdır. Rəsmi Ankaranın Vaşinqtona bunu birbaşa bəyan etməsi Azərbaycana verdiyi önəmi bir daha sübut edir. Lakin Amerika sərhədlərin açılması istiqamətində Türkiyəyə əməlli-başlı təzyiq edir: “Amerika anlamalıdır ki, Türkiyəni bu məsələdə məcbur edərsə, əslində Türkiyənin nüfuzu zəhərlənmiş olar. Bu zaman Türkiyə Ermənistanla qazandığından daha çox itirəcək. Türkiyə Azərbaycanla əgər bu yolda gedərsə.” Bülənt Əlirza Amerkanın Türkiyəni nə ilə hədələməsini də açıqlayır. “Obama sözdə soyqırım deməməsini normallaşdırma sürəcinə bağladı. Əgər gələn ilə sınır açılmasa, Obama dedi ki, Ərdoğana mən zorlanacam. Əsl türkiyə üçün problem bu.” Lakin siyasi ekspertin fikrincə, protokollar Türkiyə Böyük Millət Məclisində qəbul edilməyəcək. Ona görə də Amerikanın təzyiqlərinin mənası yoxdur: “Bunu yapmaz Ərdoğan, zatən yapsa da, Türkiyə məclisindən geçməz. ABŞ bunu deyə bilməz. Çünki Türkiyə bunu yapamaz. Yaparsa, Azərbaycanı kayb edəcək. “

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar