SON XƏBƏRLƏR

TRT agentliyinin xüsusi müxbiri Sərdar Ünsal: Güney Azərbaycanda alovlanan Türklük duyğusu siyasi vəziyəti dəyişəcək (MÜSAHİBƏ)

2021.10.20, 07:36
TRT agentliyinin xüsusi müxbiri Sərdar Ünsal: Güney Azərbaycanda alovlanan Türklük duyğusu siyasi vəziyəti dəyişəcək (MÜSAHİBƏ)

Gunaz.tv
“Yeşil İğdır” qəzetinin və TRT-agentliyinin xüsusi müxbiri Sərdar Ünsalın GünAz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik. - Sərdar bəy xöş gördük Sizi! İlk sualımızı Güney Azərbaycanla başlamaq istərdim. Bir Azərbaycan türkü və mediya işcisi olaraq orada gedən proseslərlə bağlı fikirləriniz nədən ibarətdir? - Mənə bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Sizin vasitənizlə bütün Türk dünyasına salamımı çatdırıram. Mən illərdir istər Güney, istər Quzey Azərbaycandakı proseslərlə yaxından maraqlanıram.Güney Azərbaycanda Türklük ve müstəqillik duyğusu məhz Quzey Azərbaycanın müstəqillik əldə etməsilə baş qaldırdı. Əvvəllər Güney Azərbaycanlılar Türkəm deməzdilər. 1-12 ildir Türkəm deyirlər. Güney Azerbaycanlıyam deyirlər, bu da çox sevindiricidir...Türklük duyğusu inkişaf edir. 35 Milyon Azərbaycan Türkü ana dilində təhsil almalıdır. Türk dilində yayımlanan yerli televiziya olmalıdır. Lakin buna icazə verilmir. Ancaq belə davam etməyəcək, çünki artıq ürəklərdə Türklük duyğusu alovlanır. Güney Azərbaycanın durumuna hür dünya da səssizdir. Bu da məncə azad dünya üçün bir qarşıdurmadır. Güney Azərbaycan üçün hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir.Mən bu mübarizəyə könül verib şəhid olanlara Allahdan rəhmət diləyirəm. Zindanda olanlara səbir,mübarizə aparanlara qüvvət və birlik arzu edirəm. Sizləri də bu məqsədlə mübarizə apardığınız üçün təbrik edirəm... 20 milyonluq fars hakimiyyətinin 40 milyon türkü idarə etməsi təzadlı deyilmi?Dünyada bənzəri yoxdur. - İğdırda yaşayan Azərbaycan türkləri İranda otuz beş milyondan çox Azərbaycan türkünün yaşadığı haqda məlumatlıdırlarmı? - Təəssüf ki, çox az bir qismi xəbərdardır. Güney Azərbaycanla maraqlananlar Türkçü düşüncəyə sahib olan insanlardır. Digər Azərbaycan türkləri isə mövcud vəziyyətə dini nöqteyi-nəzərdən baxırlar.Bəziləri bu gün İranda Güney azərbaycanlıların hər sahədə söz sahibi olduqlarının əsas gətirərək bunları düşünməkdən boyun qaçırırlar. Halbuki həqiqət bundan ibarət deyil. İran dövləti Güney Azərbaycanlıların istəklərini yerinə yetirməlidir.Bundan zərərli çıxmaz. Güney azərbaycanlılara, başqa sözlə desək İran türklərinə hər kəs dayaq olmalı,onların səsinə səs verməlidir. - İğdır insanı Türkiyə-Ermənistan yaxınlaşmasını neçə qarşıladı? -Iğdırda yaşayan Türk vətəndaşlar bu yaxınlaşmaya qarşıdırlar.Dağlıq Qarabağ münaqişəsi həll edilmədən, işğal edilən topraqlardan Ermənilər çəkilmədikcə sərhədlərin açılmasını istəmirlər. Kürd vətəndaşlar isə əksinə,Azərbaycanın onları maraqlandırmadığını,öz ticarətlərini düşünəcəklərini söyləyirlər. Amma əksəriyyət Azərbaycanın küsdürülməməsinin tərəfdarıdır və hökümətin yaxınlaşma siyasətinə isti yanaşmır. Dağlıq Qarabağ problemi həll olunmadan sərhədlərin açılacağına inanmıram. Açılacağı halda da Biz Azərbaycan türkləri buna etirazımızı bildirəcəyik. Digər tərəfdən Türk höküməti Azərbaycanın küsdürülməsinə yol verməz,çünki verilən sözləri var. Bu sözdən də dönməyəcəklər. - İğdırın Azərbaycan üçün strateji əhəmiyyətini dəyərləndirmənizi istərdik. -İğdır üç ölkəyə açılan bir qapıdır. İğdır həm də Türk dünyasına açılan bir qapı rolunu oynayır.Iğdır’da yaşayan Azərbaycan Türklərinin qəlbi həmişə Azərbaycan üçün döyünmüşdür.Dağlıq Qarabağın işğalı,Xocalı faciəsi İğdırda mitinqlərlə qınanmış və bu etiraz dalğası bütün Türkiyəyə yayılmışdır.Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz olmuşdur.Bundan sonra da belə olacaqdır.Lakin Azərbaycanın İğdırda yaşayan Azəri türkləri ilə bağlı bir siyasəti mövcud olmamışdır.Nə Azərbaycan, nə də Naxçıvan Muxtar Respublikası höküməti İğdırdakı mövcud vəziyyəti görməmiş, və ya sadəcə şüurlu şəkildə diqqətdən kənar qoymuşdur.Məhz bunun nəticəsi olaraq Azərbaycan türkləri ikiyə bölünmüş,İğdırda bələdiyyə sədrliyinə kürdlər seçilmişlər.İqtidarda olmaq həvəsində olan siyasətçilər birləşməkdən imtina etmiş,sağlam, düşünülmüş addımlar atmaqda aciz olmuşlar.İllərlə bələdiyyə sədrliyini icra edib vəzifəsini artıq layiqincə yerinə yetirə bilməyənlərə istefa tələbi irəli sürülsə də buna nail olmaq mümkün olmamışdır.Beləliklə göz görə-görə Bələdiyyə kürdlərə qızıl məcməidə təslim edilmişdir.Bu məsələdə günahkarın kim olduğunu Azərbaycan höküməti də bilir.Məncə bu cür bölünmənin yenidən yaşanmaması, gələcək millət vəkili seçkilərində birliyə nail olmaq üçün indidən lazımi işlər həyata keçirilməlidir.Əks təqdirdə İğdırdakı Azərbaycan türkləri parçalanmanın acı nəticəsinin qurbanlarına çevriləcəklər, elə hal-hazırda da bu özünü göstərir. İğdırda dövlət dairələrində Türk müdirlər vəzifələrindən uzaqlaşdırılaraq yerinə kürdlər təyin olunur.Əvvəllər İğdırda Azərbaycanla bağlı anma toplantıları gerçəkləşdirilsə də bu gün bu ənənə sürdürülmür.Könül istərdi ki,Bələdiyyə sədri bizdən olsun,sərhədlərin açılması ilə bağlı mitinqlər təşkil edilsin.Yenə də bir neçə Azərbaycan sevdalısı insanlarla birlikdə mətbuat konfransı keçirərək proseslərə öz etirazımızı bildirdik. Bundan sonra da etirazımıza davam edəcəyik. - 2009 ci il mart ayında Türkiyədə keçirilən bələdiyyə seçkilərində İğdırı DTP-nin kürd əsilli namizədi qazandı. Bu gün belə bir fikirlər eşidirik ki, İğdır kürdləşdirilir. Bu fikirlər nə dərəcədə doğrudur? -Bu gün Türkiyədə kürd açılımından bəhs edilir. İğdırın kürd açılımını tamamladığını deyə bilərəm.Həyata keçirilən seçkilərdə iki kürd əsilli vətəndaş milət vəkili seçildi.İl gənəl məclis başqanlığında əksəriyyət kürd əsillidir,ardından bələdiyyə sədri kürd oldu.İqtisadiyyat,siyasət,sözün qısası hər sahədə kürd əsillilər iş başındadırlar,keçmiş azərbaycan türkünün başqanlığı dövründə də,indi də başqa bölgələrdən kürd əsilli vətəndaşlar İğdıra köçmüşlər.Sözün qısası İğdır hər baxımdan kürdləşməyə davam edərkən türklər azlığa çevrilməkdədir.Bunun məsuliyyətini daşıyan insanlar vardır.Millət vəkili,bələdiyyə sədrliyi seçkilərində Türklərin səslərini bölənlər Türkiyə millət məclisində Azərbaycan türkü əsilli millət vəkillərinin olmamasına səbəb olmuşlar.İndi İğdırda bələdiyyə sədrliyini DTP-dən olan millət vəkili qazandı. Buna vəsilə olan Azərbaycanlı türk namizədini tarix bağışlamayacaq. Biriləri bunun hesabını sormalıdır məncə... Hal-hazırki sədr istər-istəməz hər yerə öz adamlarını, yəni kürdləri yerləşdirəcək.Bu artıq həyata keçirilir. Ən bəsit örnək gətirim,Heydər Əliyev parkında dondurma və çay bağçaları xərraca çıxarıldı və nəticədə 4-ü kürdlər tərəfindən alındı.Buralar artıq kürdləşmişdir...Bunun kimi müxtəlif yerlərdərdə Kürdləşdirmə işləri həyata keçirilir.Üstəlik bu proses səssiz və dərindən qanunlar çərçivəsində reallaşdırılır.Azərbaycan türklərindən başqa şəhərlərə köç edənlər də var.Bu cür vəziyyətdə birləşmək zəruridir.Gələcək seçkilərdə bir bütün olaraq iştirak etmək lazımdır.Hələ ki, gec deyil,birliyə nail olaraq İğdırdakı Azərbaycan türkləri tək namizəd ətrafında birləşə bilərlər. Buna da bəlli insanlar zəmin yaratmaq imkanına sahibdirlər.İğdırda yaşayan Azərbaycan türklərini sahibsiz buraxmamaq gərəkdir.İğdır zəifləyərsə,tam kürdləşərsə bu işdən həm Türkiyə,həm Azərbaycan ziyan çəkəcək.Gec olmadan,iş işdən keçmədən çarə bulunmalıdır. - Sərdar bəy,sonda suallarımızı cavablandırdığınıza görə sizə öz minnətdarlığımızı bildirir,gələcək işlərinizdə uğurlar arzu edirik. -Çox sağ olun, söylənəcək çox söz var. Söylənəcək sözlərin çox qısa bir bölümünü dilə gətirdim. Mənə bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar