SON XƏBƏRLƏR

Soydaşımız evladına “Türkan” adı seçib ancaq bu mümkün olmayıb

2021.10.20, 07:36
Soydaşımız evladına “Türkan” adı seçib ancaq bu mümkün olmayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehranın Robatkərim rayonunun sakini əslən Azərbaycanlı oğuz türkü öz nəvəsinə “Türkan” adı seçib. O Bu məqsədlə Robatkərimdə posport stol (səbt əhal idarəsi) idarəsinə müraciət edib ki öz nəvəsinə “Kimlik Kartı” alsın. ancaq bu müraciət aylarca sürsədə sonda idarə tərəfindən məqbul sayılmayıb və soydaşımız istədiyi adı öz nəvəsinə verə bilməyib. Nəhayət adını çəkdiyimiz idarə türk dilinin funetik yapısını nəzərə almadan uşağın adını “Türkan” deyil “Torkan” kimi onun Kimlik Kartında qeyd edib. “Milliharakat”-ın yaydığı məlumatda əlavə olunur ki dilin funetik yapısını nəzə almamaq və buna qadağa qoymaq ancaq türk dilinə tətbiq olunur və bu qadağa heçdə İranda yaşayan başqa xalqlara o cümlədən kürd və erməni xalqlarının dilinə tətbiq olunmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar