SON XƏBƏRLƏR

İran rəsmisi nüvə təsisatının rəisi Şəhram Əmirinin Amerika Birləşmiş Ştatlarında olduğunu təsdiqləyib

2021.10.20, 07:36
İran rəsmisi nüvə təsisatının rəisi Şəhram Əmirinin Amerika Birləşmiş Ştatlarında olduğunu təsdiqləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst üç ay əvvəl yoxa çıxmış Qum şəhərindəki nüvə təsisatının rəisi Şəhram Əmirinin hazırda Amerika Birləşmiş Ştatlarında olduğu barədə xəbəri təsdiqləyib. dekabrın 8-də jurnalistlərə açıqlamasında R.Mehmanpərəst Ş.Əmirinin Həcc ziyarətində oğurlandığını, onu Səudiyyə Ərəbistanı hökumətinin tutub Amerika Birləşmiş Ştatlarına təhvil verdiyini bildirib: “Ərəbistan bu məsələdə məsuliyyət daşıyır”. Dekabrın 9-da İranın xarici işlər naziri Mənuçehr Mottaki jurnalistlərlə görüşündə Amerika Birləşmiş Ştatlarını və Səudiyyə Ərəbistanını iranlı nüvə alimini oğurlamaqda günahlandırıb: “Biz Şəhram Əmirinin məsələsini araşdırırıq”. Dekabrın 9-da İran parlamentinin sədri Əli Laricani də jurnalistlərə açıqlamasında bu məsələyə toxunub. O, ABŞ-ı iranlı nüvə alimini oğurlamaqda, Səudiyyə Ərəbistanını isə bu işdə ABŞ-la əməkdaşlıq etməkdə günahlandırıb: “Bu iş Səudiyyə Ərəbistanı hökumətinin fitnəsi ilə baş tutub. Onların hər ikisi - ABŞ və Səudiyyə Ərəbistanı cavabdeh olmalıdırlar”. İki ay əvvələ qədər fəaliyyəti gizli saxlanan Qum nüvə təsisatının rəhbəri Şəhram Əmiri üç ay əvvəl Həcc ziyarəti məqsədilə Səudiyyə Ərəbistanına səfər edib. Bundan sonra o, yoxa çıxıb. İran hökuməti dəfələrlə məsələ ilə maraqlanıb Səudiyyə Ərəbistanı hökumətinə müraciət etsə də, bu ölkənin rəsmiləri iranlı alimlə bağlı məsələdən xəbərsiz olduqlarını bildiriblər. Ş.Əmiri yoxa çıxandan az sonra İran hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinə hesabatında Qum nüvə təsisatının gizli saxlanan fəaliyyəti barədə xəbər yayıb. Bəzi mənbələr iranlı nüvə aliminin könüllü şəkildə ABŞ-a sığındığını deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar